Qayıt qlemondra.com Çiyələkli Keks Bəyən 0 Kitabçaya 1 Porsiya İnqrediyentlər − 1 pors. + Yumurta: 5 ədəd iri Şəkər Tozu: 1,5 stəkan Süd: 1 stəkan Limonun Rəndələnmiş Qabığı: 1 ədəd Limonun Suyu: 1 ədəd Un: 2,5 stəkan + 2 xörək qaşığı Vanil: 1 paket Qabartma tozu: 1 paket Duz: 2-3 çimdik Çiyələk: 350-500 qram Şəkər Pudrası Hazırlanma Bitmiş kimi qeyd etmək üçün addıma toxunun 1 Yumurta və şəkər tozunu birlikdə 8-10 dəqiqə mikserlə çalırıq. 2 Süd, limon suyu və limon qabığı rəndəsini əlavə edib altdan üstə doğru yavaşca qarışdırırıq. 3 Ayrı bir qabda un, vanil, qabartma tozu və duzu qarışdırırıq. 4 Sonra un olan qarışımı yumurta olan qarışıma az-az ələyirik, yenə altdan üstə doğru ehmalca qarışdırırıq. 5 Xəmirimizi listə tökürük, üzərinə doğradığımız çiyələkləri düzürük və öncədən qızdırılmış 170°C sobada içi bişib üstü qızaranadək (təxminən 35-40 dəqiqə) bişiririk. 6 Biraz soyuduqdan sonra üzərinə şəkər pudrası ələyərik. 7 Əgər bu şəkildəki kimi çiyələyi bol-bol olsun istəyirsinizsə, yaxşı olar ki, çiyələkləri xəmirin üstündən yox, altından düzəsiniz. Yəni, listə öncə yağlı bişirmə kağızı sərin, azacıq (1 çay qaşığı) şəkər tozu səpin, çiyələkləri düzün, xəmiri də üstündən töküb bişirin. Bişdikdən sonra isə keksi tərs çevirin ki, çiyələklər keksin üzərində olsun (altda kağız olduğuna görə keks qırılmayacaq). 8 Nuş olsun... Orijinalı burada qlemondra.com