Qayıt qlemondra.com Sobada Tərəvəzli Toyuq Bəyən 0 Kitabçaya 1 Porsiya İnqrediyentlər − 1 pors. + Toyuq: 2 ədəd Kartof: 6-7 ədəd Soğan: 5 ədəd Şirin Bibər: 4-5 ədəd Acı Bibər: 1 ədəd Pomidor: 3-4 ədəd iri Qaynar Su: 3/4 stəkan Pomidor Tomatı: 1 dolu xörək qaşığı Əridilmiş Kərə Yağı: 5-6 xörək qaşığı Kəklikotu: 1 dolu çay qaşığı Duz Qırmızı İstiot Hazırlanma Bitmiş kimi qeyd etmək üçün addıma toxunun 1 Kartofu kub şəklində doğrayıb listə tökürük, duz səpirik. 2 Soğanı kub şəklində doğrayıb kartofun üzərinə əlavə edirik, duz səpirik. 3 Doğrayıb yuduğumuz toyuğu soğanın üzərindən düzürük, duz səpirik. 4 Bibərləri kub şəklində doğrayıb toyuğun üzərinə tökürük, biraz duz səpirik. 5 Sonda isə üzərinə pomidor dilimləri düzüb duz səpirik (mən pomidor dilimlərini biraz nazik etmişdim, siz qalın doğrayın). 6 Bütün sous ərzaqlarını; su, tomat, kərə yağı, kəklikotu, duz və istiotu qarışdırıb təzəvəzlərin üzərinə gəzdirərək listə tökürük. 7 Yağlı bişirmə kağızını isladıb listin üzərini örtürük ki, buxarda bişsin və 180°C sobada ərzaqlar tamamilə yumşalanadək (təxminən 1 saat) bişiririk. Sonda kağızını çıxarıb sobanın üst hissəsinə qoyub 15 dəqiqə daha bişiririk ki, üstü qızarsın. 8 Nuş olsun :) Orijinalı burada qlemondra.com